• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Prokurorluq İmişlidə “Açıq qapı” günü təşkil edib

22 Aprel, 26 / 14:31
A A
Prokurorluq İmişlidə “Açıq qapı” günü təşkil edib

Aprelin 22-də İmişli rayon prokurorluğunda “Açıq qapı” günü təşkil olunub.

Alyans.media xəbər verir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ictimai fəallar iştirak ediblər.

“Açıq Qapı” gününün əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək və prokurorluq orqanlarının şəffaflıq prinsiplərinə əsaslanan fəaliyyətini ictimaiyyətə təqdim etmək olub.

Tədbiri giriş sözü ilə açan İmişli rayon prokuroru Valeh Səmədov çıxış edərək bu cür görüşlərin hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş hüquq və azadlıqlarının qorunmasının, şəffaflığın təmin olunmasının və ictimaiyyətlə açıq dialoqun əsas prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış edərək respublika üzrə prokurorluq orqanlarının strukturu, funksiyaları və son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib.

Tədbirdə iştirak edən İmişli rayon prokurorluğunun əməkdaşları da öz fəaliyyət sahələri üzrə məlumat verərək praktiki təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbir zamanı iştirakçılar “Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlarla yaxından tanış olub, onların istintaq və araşdırma proseslərində tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

Daha sonra prokurorluğun inzibati binası ilə tanışlıq turu təşkil olunub.

Əvvəlki yazı

Maliyyə icarəsi fəaliyyəti Mərkəzi Bankın nəzarətinə veriləcək

Növbəti yazı

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

XƏBƏR LENTİ

Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

22/04/2026 16:57
Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22/04/2026 16:46
Bazarlarda bu məhsullar UCUZLAŞDI 

Bazarlarda bu məhsullar UCUZLAŞDI 

22/04/2026 16:31
Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlıq edəcəklər

22/04/2026 16:21
Mikroneziya və Marşal Adaları Bakı Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

Mikroneziya və Marşal Adaları Bakı Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

22/04/2026 16:16
Ukrayna üçün 90 milyardlıq kredit təsdiqləndi

Ukrayna üçün 90 milyardlıq kredit təsdiqləndi

22/04/2026 16:03
Metrodan istifadə edənlərin nəzərinə 

Metrodan istifadə edənlərin nəzərinə 

22/04/2026 15:58
Ukrayna ordusu Yaxın Şərqə daxil olur-Britaniya və Fransa ilə gizli plan

Ukrayna ordusu Yaxın Şərqə daxil olur-Britaniya və Fransa ilə gizli plan

22/04/2026 15:52
Latviya prezidenti "Bakı Ağ Şəhər"də olub

Latviya prezidenti "Bakı Ağ Şəhər"də olub

22/04/2026 15:44
Ərbildə neft emalı zavodunda PARTLAYIŞ 

Ərbildə neft emalı zavodunda PARTLAYIŞ 

22/04/2026 15:27
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.