Almaniyanın müdafiə naziri Boris Pistorius şənbə günü Hörmüz boğazında mümkün missiyaya hazırlıq məqsədilə ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Aralıq dənizinə yerləşdiriləcəyini açıqlayıb.
Alyans.media xarici mediaya istinadla xəbər verir ki, Aralıq dənizinə mina təmizləyən və təchizat gəmiləri göndəriləcək. Pistorius “Rheinische Post” qəzetinə verdiyi açıqlamada bildirib ki, ordu parlamentdən mandat alacağı təqdirdə tez bir zamanda hərəkətə keçməyə hazırdır. Nazir gəmilərin nə vaxt yola düşəcəyini dəqiq açıqlamayıb.
Pistorius əlavə edib ki, indiyə qədər Qırmızı dənizdə təhdidlərə qarşı mübarizə ilə məhdudlaşan mövcud Aİ missiyası olan “Aspides”in genişləndirilməsindən hüquqi çərçivə kimi istifadə edilə bilər. Onun sözlərinə görə, bu məqsədlə hüquqi çərçivədə düzəliş tələb olunur, həmçinin ABŞ və Birləşmiş Krallığın missiyada iştirakı da zəruridir.
Nazirin sözlərinə görə, Almaniya Hərbi Dəniz Qüvvələri daha sonra minatəmizləmə imkanları ilə boğazda sərbəst və təhlükəsiz naviqasiyaya töhfə verəcək.










