• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İstanbulda Qars Təhsil və Mədəniyyət Vəqfi fəaliyyətə başlayıb

25 Aprel, 26 / 20:31
A A
İstanbulda Qars Təhsil və Mədəniyyət Vəqfi fəaliyyətə başlayıb

İstanbulda Qars Təhsil və Mədəniyyət Vəqfi fəaliyyətə başlayıb. Aprelin 25-də vəqfin rəsmi açılış mərasimi keçirilib.

Alyans.media xəbər verir ki, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, onun müavini Pərviz Məmmədzadə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə bölgə rəhbərləri, diaspor və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov bu kimi fəaliyyətlərin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına töhfə verdiyini, gələcəkdə daha böyük irəliləyişlərə səbəb olacağını bildirib. O, bu qurumun, adından da bəlli olduğu kimi, elm və mədəniyyət sahəsində iki ölkə arasında qurulan körpülərə öz müsbət təsirini göstərəcəyinə inamını ifadə edib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev çıxışında ölkələrimiz arasındakı tarixi bağlar və sıx münasibətləri vurğulayaraq deyib: “Bu gün dünya olduqca çətin və keşməkeşli dövrdən keçir. Qlobal miqyasda hökm sürən natarazlıqlara baxmayaraq Azərbaycan və Türkiyə firavan həyatını davam etdirir. Bütün bunlar iki ölkənin liderləri, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı düzgün, sülhyönümlü siyasətin nəticəsidir. Ölkələrimiz arasındakı əlaqələr isə dünya üçün bir nümunədir”.

Digər çıxış edənlər də Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini vurğulayaraq bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün atılan və atıla biləcək addımlar barədə danışıb, vəqfin hər iki ölkə üçün xeyirli olmasını diləyiblər.

Sonra tədbir iştirakçıları tərəfindən rəmzi qırmızı lent kəsilərək vəqf fəaliyyətə başlayıb.

Yeni yaradılan vəqfin rəhbəri Kamil Salduzdur.

Əvvəlki yazı

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

Növbəti yazı

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb

XƏBƏR LENTİ

Zaur Kamal efirə qayıdır

Zaur Kamal efirə qayıdır

25/04/2026 22:51
SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır - Özündən açıqlama

SON DƏQİQƏ! Zaur Kamal efirə qayıdır - Özündən açıqlama

25/04/2026 22:33
Orban mandatından imtina etdi

Orban mandatından imtina etdi

25/04/2026 22:22
Bu ölkədə həkim çatmır

Bu ölkədə həkim çatmır

25/04/2026 21:50
“Sumqayıt” “İmişli”yə qalib gəldi

“Sumqayıt” “İmişli”yə qalib gəldi

25/04/2026 21:34
Donald Trump 10-cu müharibəni bitirəcəyini açıqladı

“Səfərin ləğvi müharibəyə qayıdış demək deyil”

25/04/2026 21:15
Tramp son sözü deyəcək

İranda kim məsuldur, heç kim bilmir, danışmaq istəyirlərsə…”

25/04/2026 21:02
Qarabağ Universitetində I Qarabağ Təhsil Forumu öz işinə başlayıb

Qarabağ Universitetində I Qarabağ Təhsil Forumu öz işinə başlayıb

25/04/2026 20:56
Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidirlər

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidirlər

25/04/2026 20:50
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb

25/04/2026 20:38
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.