Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Qartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur.
Alyans.media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında paylaşım edib.
“Bir millət, iki dövlət, bir ürək! Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Qartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur”, – paylaşımda bildirilib.
Türkiyə-Azərbaycan birgə hərbi təlimləri aprelin 27-dən mayın 2-dək davam edəcək.










