• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Bakının bu ərazilərində yaşayanların nəzərinə: Evlər söküləcək, əhali isə...

28 Aprel, 26 / 18:36
A A
Bakının bu ərazilərində yaşayanların nəzərinə: Evlər söküləcək, əhali isə...
Bakıda sovet dövründən qalma “Xruşovka” tipli yaşayış binalarının taleyi son illər müzakirələrin əsas mövzularından birinə çevrilib. Paytaxtın müxtəlif rayonlarında – xüsusilə Yasamal, Nərimanov və Nizami ərazilərində geniş yayılmış bu tikililərin texniki vəziyyəti, istismar müddətinin başa çatması və müasir standartlara cavab verməməsi onların sökülməsi məsələsini aktuallaşdırır. Bəs bu prosesin qısa müddətdə və kütləvi şəkildə həyata keçirilməsi nə dərəcədə realdır?
Alyans.media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Xruşovkaların tam şəkildə və qısa müddətdə sökülməsi mümkün deyil və proses yalnız mərhələli qaydada həyata keçiriləcək.
“İlk mərhələdə 1960–1980-ci illərdə tikilmiş, əsasən 5 mərtəbəli və artıq istismar müddətini başa vurmuş binaların seçmə şəkildə sökülməsi nəzərdə tutulur. Bu tikililərin bir anda ləğvi həm maliyyə, həm də sosial baxımdan ciddi problemlər yarada bilər.
Birdən-birə bütün Xruşovkaların sökülməsi mümkün deyil. Bu, böyük ajiotaj yaradar. Nə investorların imkanları, nə də dövlət büdcəsi belə genişmiqyaslı prosesi eyni anda qarşılaya bilər. Üstəlik, yüz minlərlə sakinin köçürülməsi məsələsi ortaya çıxar ki, bu da ciddi sosial çətinliklərə səbəb olar”.
V.Oruc əlavə edib ki, belə bir yenilənmə prosesi şəhərsalma siyasəti ilə uzlaşdırılmalı, Bakının Baş planına uyğun şəkildə həyata keçirilməlidir.
“İlkin mərhələdə daha köhnə – xüsusilə 1960-cı illərdə tikilmiş binalar prioritet təşkil edəcək, sonrakı mərhələlərdə isə nisbətən yeni Xruşovkalar söküləcək. Bu prosesin tam yekunlaşması uzunmüddətli perspektiv tələb edir. Ümumilikdə Xruşovkaların mərhələli şəkildə sökülməsi və yenilənməsi təxminən 15-20 il çəkə bilər”.
Qeyd edək ki, mütəxəssis bu tip binaların artıq müasir komfort standartlarına cavab vermədiyini, həmçinin seysmik dayanıqlılıq baxımından riskli hesab olunduğunu bildirir. Bu səbəbdən də paytaxtın yenilənməsi planları çərçivəsində onların mərhələli şəkildə əvəzlənməsi qaçılmaz sayılır.
Əvvəlki yazı

Türkiyə F-16-ları Azərbaycanda

Növbəti yazı

Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

XƏBƏR LENTİ

Youtube”dan yenilik

Youtube”dan yenilik

28/04/2026 21:05
Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

28/04/2026 21:02
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

28/04/2026 20:35
Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

28/04/2026 20:09
Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - Həbs edildi

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - Həbs edildi

28/04/2026 19:43
Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

28/04/2026 19:02
Bakının bu ərazilərində yaşayanların nəzərinə: Evlər söküləcək, əhali isə...

Bakının bu ərazilərində yaşayanların nəzərinə: Evlər söküləcək, əhali isə...

28/04/2026 18:36
Türkiyə F-16-ları Azərbaycanda

Türkiyə F-16-ları Azərbaycanda

28/04/2026 18:11
“Real Madrid” yeni baş məşqçisini tapdı

“Real Madrid” yeni baş məşqçisini tapdı

28/04/2026 17:46
Məktəb psixoloqarı ilə bağlı yenilik: Bundan sonra onlar da…

Məktəb psixoloqarı ilə bağlı yenilik: Bundan sonra onlar da…

28/04/2026 17:21
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.