• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Xəzərlə bağlı yayılan iddialara rəsmi REAKSİYA

29 Aprel, 26 / 0:10
A A
Xəzərlə bağlı yayılan iddialara rəsmi REAKSİYA

“Xəzər dənizində zəlzələlərin baş verməsi təbii seysmik prosesdir və bu, qeyri-adi hal kimi qiymətləndirilməməlidir”.

Alyans.media xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələlər təkcə quruda deyil, dəniz akvatoriyasında da mütəmadi olaraq qeydə alınır:

“Xəzərdə zəlzələlərin baş verməsi normal haldır. Ümumiyyətlə, həm dənizdə, həm də quruda zəlzələlər olur. Azərbaycanın müxtəlif bölgələrində də belə hallar müşahidə edilir. Bu, qeyri-adi bir vəziyyət deyil.

Xəzərdə baş verən zəlzələlər adətən daha dərin ocaqlarda yaranır və əksər hallarda hiss olunmur. Ona görə də ciddi narahatlığa əsas yoxdur, xırda təkanlar ola bilər ki, bu da təbii prosesdir”.

RSXM rəhbəri Xəzər dənizində suyun səviyyəsinin azalması ilə seysmik proseslər arasında müəyyən təsirlərin ola biləcəyini istisna etməsə də, bunun böyük zəlzələ riski yaratması barədə fikirlərin elmi əsasının olmadığını vurğulayıb. Hazırda xırda təkanlar müşahidə olunur. Elə bir bölgə yoxdur ki, orada güclü, dağıdıcı zəlzələ ehtimalı yüksək olsun. Ola bilər ki, 3-4 bal gücündə zəif zəlzələlər hiss edilsin, amma bunlar təhlükəli deyil və ciddi fəsad törətmir”.

Q.Yetirmişli əlavə edib ki, Xəzərdə zəlzələlərin baş verməsini yalnız suyun səviyyəsinin azalması ilə əlaqələndirmək doğru yanaşma deyil. Onun sözlərinə görə, dənizdə seysmik təkanlar suyun səviyyəsi yüksək olduğu dövrlərdə də qeydə alınıb.

RSXM rəhbəri bildirib ki, bu proses yalnız suyun tamamilə çəkilməsi və vəziyyətin həyəcan doğuracaq həddə çatması halında daha ciddi müzakirə mövzusu ola bilər. Hazırda isə belə bir durum müşahidə edilmir:

“Onsuz da Xəzərdə suyun səviyyəsi çox olanda da zəlzələlər baş verib. Ona görə bunu birbaşa suyun çəkilməsi ilə bağlamaq düzgün deyil. Təhlükəli vəziyyətdən yalnız o halda danışmaq olar ki, suyun səviyyəsi kəskin və kritik həddə düşsün. Hazırda isə belə bir hal yoxdur, narahatlığa əsas görmürük”.

Əvvəlki yazı

KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib

XƏBƏR LENTİ

Xəzərlə bağlı yayılan iddialara rəsmi REAKSİYA

Xəzərlə bağlı yayılan iddialara rəsmi REAKSİYA

29/04/2026 0:10
KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib

KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib

29/04/2026 0:09
Qaxda canavar qoyunları parçaladı

Qaxda canavar qoyunları parçaladı

29/04/2026 0:09
Rəhim Həsənov həmin epizodları şərh etdi

Rəhim Həsənov həmin epizodları şərh etdi

28/04/2026 22:10
Sadettin Saran namizədliyini verməyəcək

Sadettin Saran namizədliyini verməyəcək

28/04/2026 21:50
Tramp son sözü deyəcək

“Həmişə o sarayda yaşamaq istəmişəm” -Tramp

28/04/2026 21:29
Youtube”dan yenilik

Youtube”dan yenilik

28/04/2026 21:05
Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

28/04/2026 21:02
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

28/04/2026 20:35
Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

28/04/2026 20:09
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.