Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Alyans.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.
1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.










