2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib.
Alyans.media Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində isə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 42 nəfər uşaq anasının soyadı ilə qeydə alınıb.










