• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş "Baş" tamaşası nümayiş olunub

16 May, 26 / 18:46
A A
Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş "Baş" tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dövlət xadimi, dramaturq, Xalq yazıçısı Elçin Əfəndiyevin anadan olmasının 83 illiyinə həsr olunmuş “Baş” tamaşası nümayiş olunub.

Alyans.media xəbər verir ki, bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.

Bildirilib ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşadan öncə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə çıxış edərək görkəmli yazıçının Azərbaycanın ictimai-siyasi həyatında, milli mədəniyyəti və ədəbiyyatında əvəzsiz xidmətlərindən bəhs edib. Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin ənənələrini davam etdirən Elçinin müxtəlif illərdə yazdığı əsərlərin həm yerli, həm də ölkə xaricində teatrlarda uğurlu nümayişlərindən danışaraq onların bütün dövrlərdə aktual olduğunu qeyd edib: “90-cı illərdə onun yazdığı trilogiya “Ah, Paris, Paris”, “Mənim ərim dəlidir”, “Diaqnoz D” möhtəşəm komediyalar idi. Elçinin komediyalarındakı gülüş dramaturgiyanın inkişafına yol açdı, Azərbaycan dramaturgiyası tamamilə yeni mərhələyə qədəm qoydu”.

Görkəmli yazıçının bir sıra tamaşalarına quruluş verən rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Elçinin milli teatr prosesində əvəzsiz xidmətlərindən danışaraq, müəlliflə son yaradıcılıq işləri olan “Baş” tamaşasının ərsəyə gəlməsindən bəhs edib.

Sonra tamaşa təqdim edilib.

Nümayiş olunan “Baş” tamaşasının quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

Tamaşada Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov, aktyorlar Elçin Əfəndi, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Cavidan Novruz, Tural İbrahimov, Nəzrin Abdullayeva, Günəş Təkin, Vüsal Mustafayev, Lalə Süleymanova, Ləman İmanova, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Kənan Hüseynov, Muhuma Sahov, Rəvan Səmədov və Rüfət Əhmədov çıxış ediblər.

“Baş” XIX əsrin əvvəllərində mənşəcə gürcü olan rus generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir. Tamaşanın süjetini Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr təşkil edir. Sisianovun başının “səyahəti” geniş bir coğrafiyada – Azərbaycan xanlıqlarında, Gürcüstan çarlıq və knyazlıqlarında, Rusiyada, Qacarlar səltənətində cərəyan edən hadisələri, insan xarakterlərini göstərir.

Qeyd edilməlidir ki, yazıçının “Baş” romanı rus, ingilis, türk, Ukrayna, italyan, rumın, ərəb, alman dillərinə tərcümə edilmiş, dünyanın müxtəlif ölkələrində nəşr olunmuşdur.

“Baş” tamaşasının premyerası 2025-ci il sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.

Əvvəlki yazı

Moskvaya uçan 20 dron vurulub

Növbəti yazı

Durovdan ŞOK AÇIQLAMA: "İranın atəşfəşanlığı üçün darıxıram, çünki..."

XƏBƏR LENTİ

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib

Ümumilikdə 2 min gəmi orada qalıb

16/05/2026 20:27
ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

16/05/2026 20:20
CNN: Ağ Ev İranla bağlı konsensusa gələ bilməyib

CNN: Ağ Ev İranla bağlı konsensusa gələ bilməyib

16/05/2026 20:11
Emi Karlon: ABŞ-Azərbaycan əməkdaşlığı 2025-ci ilin avqust ayından bəri sürətlə inkişaf edib

Emi Karlon: ABŞ-Azərbaycan əməkdaşlığı 2025-ci ilin avqust ayından bəri sürətlə inkişaf edib

16/05/2026 20:01
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin imtahan tarixi açıqlanıb

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin imtahan tarixi açıqlanıb

16/05/2026 19:50
İranlı səfir paylaşımına görə Britaniya XİN-ə çağırıldı

Avropa ölkələri SEPAH ilə danışıqlara başladı

16/05/2026 19:40
Bu ərazilərə dolu yağır 

Bu ərazilərə dolu yağır 

16/05/2026 19:30
Türkiyənin Samsun şəhərində pilotsuz aparat qəzaya uğrayıb

Türkiyənin Samsun şəhərində pilotsuz aparat qəzaya uğrayıb

16/05/2026 19:20
ABŞ ilə danışıqları müzakirə etdilər

ABŞ ilə danışıqları müzakirə etdilər

16/05/2026 19:10
Durovdan ŞOK AÇIQLAMA: "İranın atəşfəşanlığı üçün darıxıram, çünki..."

Durovdan ŞOK AÇIQLAMA: "İranın atəşfəşanlığı üçün darıxıram, çünki..."

16/05/2026 19:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.