Nərimanov rayonunda güclü külək nəticəsində ağac aşıb. Hadisə rayon ərazisində, yaşayış binalarının yaxınlığında qeydə alınıb. Aşan ağacın bir minik avtomobilinin üzərinə düşdüyü bildirilir.
Alyans.media xəbər verir ki, Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtomobilə maddi zərər dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin və aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ağacın budaqları kəsilərək avtomobil üzərindən götürülüb.
Aynurə Quliyeva










