İşğaldan azad olunmuş ərazilərdə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə hərbi yürüş keçirilib.
Alyans.media xəbər verir ki, Tədbirdə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti iştirak edib.Yürüş zamanı əsgərlər və zabitlər qalib ordunun qürurunu, xalqın Zəfər sevincini və şəhidlərə olan ehtiramını nümayiş etdiriblər. Bayraqların və hərbi texnikanın müşayiəti ilə keçirilən tədbir xüsusi təntənə ilə baş tutub.
Zəfər Gününün qeyd olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan 44 günlük Vətən müharibəsinin şanlı nəticələrini bir daha xatırladır.










