Laçın şəhərində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə təntənəli yürüş keçirilib. Alyans.media xəbər verir ki, Tədbir Hərbi Orkestrin ifasında səslənən vətənpərvər marşlarla müşayiət olunub.
Yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və yerli sakinlər iştirak edib. Əllərində üçrəngli bayraqlar daşıyan iştirakçılar Laçın küçələrindən qürurla keçiblər. Şəhərdə bayram əhval-ruhiyyəsi və birlik ruhu hökm sürüb.
Tədbirin məqsədi qəhrəman əsgərlərimizin şücaətini və şəhidlərin xatirəsini anmaq, azad edilmiş torpaqlarda Zəfər sevincini paylaşmaq olub.










