Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Alyans.media xəbər verir ki, Bu barədə məlumatı ölkənin Afet və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
AFAD-ın məlumatına görə, yeraltı təkanlar saat 19:15-də, yerin 9,6 kilometr dərinliyində baş verib. Zəlzələnin episentri Balıkesirin Sındırgı rayonu olub.
Yeraltı təkanlar Manisa, İzmir və Kütahya kimi ətraf vilayətlərdə də hiss olunub. Hazırda hadisə ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.
AFAD və yerli xilasetmə qrupları bölgədə vəziyyəti nəzarətdə saxlayır.
Aynurə Quliyeva










