İstanbul Cümhuriyyət Baş Prokurorluğu İsrail Baş naziri Benyamin Netanyahu da daxil olmaqla 37 nəfər şübhəli barəsində “soyqırım” ittihamı ilə həbs qərarı çıxarıb.
Alyans.media xarici mediaya istinadən xəbər verir ki, həbs qərarı “Sumud Flotilliyası”na edilən hücumla bağlı verilib. Türkiyə məhkəməsi adıçəkilən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində axtarış və tutma əmri imzalayıb.
Aynurə Quliyeva










