• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Gündəm

Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi 

09 Noyabr, 25 / 16:12
A A
Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi 

8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi “Nar Festivalı” keçirilib.

Alyans.media xəbər verir ki, festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.

65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil edilib.

Festival konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.

2006-cı ildən etibarən təşkil olunan “Nar Festivalı” ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.

Əvvəlki yazı

Rusiya qüvvələri Pokrovsk şəhərini ələ keçirməyə yaxındır

Növbəti yazı

“Qarabağ” “Neftçi”yə qarşı - Start heyətlər

XƏBƏR LENTİ

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

05/02/2026 21:53
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

05/02/2026 21:24
“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

05/02/2026 20:56
Dəvələrin də pasportu olacaq

Dəvələrin də pasportu olacaq

05/02/2026 20:23
Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

05/02/2026 20:14
Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

05/02/2026 19:50
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.