Astarada yol-nəqliyyat hadisəsi baş verib.
Alyans.media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Astaranın Kijəbə qəsəbə sakini Cəsarət Əliyevin idarə etdiyi “Niva” və rayonun Təngərüd kəndindən olan 1965-ci il təvəllüdlü Kamran Məmmədovun sürdüyü “Mercedes 190” markalı minik avtomobilləri toqquşub.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.










