Ukrayna Prezidenti Volodimir Zelenski dondurulmuş rus aktivlərinin Ukraynaya köçürülməsinin Rusiya üçün ciddi zərbə olacağını bildirib.
Alyans.media xəbər verir ki, Zelenski sosial mediada paylaşımında deyib:
“Bu pulu ala bilsək, ruslar üçün böyük bir itki olacaq. 140–160 milyard avronun ələ keçirilməsi Putin və ətrafı üçün ağır nəticə doğuracaq. Bu onların puludur və sistemlərini sarsıdır.”
O, dondurulmuş aktivlərin Ukraynaya verilməsini Rusiyaya qarşı “böyük sanksiya” adlandırıb:
“Pulu dondurmaq bir şeydir, onu Ukraynaya vermək isə başqa. Biz bu vəsaiti silahlar, hava hücumundan müdafiə sistemləri və istehsal sahələrinin inkişafı üçün istifadə edəcəyik.”
Zelenski əlavə edib ki, bu addım Rusiyaya güclü mesaj olacaq və sülhün bərpasına xidmət edəcək.










