• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Gürcüstan XİN rəhbəri: Brüssel vizanı dayandırsa, məsuliyyət onların üzərində olacaq

14 Noyabr, 25 / 0:58
A A
Gürcüstan XİN rəhbəri: Brüssel vizanı dayandırsa, məsuliyyət onların üzərində olacaq

Əgər Brüssel vizanı dayandırmaq qərarı versə, bunun məsuliyyəti onların üzərində olacaq.

Alyans.media Reporta istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqı ilə viza liberallaşdırılmasının mümkün dayandırılması ətrafında gedən müzakirələrə münasibət bildirərkən deyib.

Nazir “Imedi LIVE” proqramında çıxışında Brüsselin belə addım atacağı təqdirdə, bunun birbaşa Avropa tərəfinin siyasi qərarı olacağını deyib.

Boçorişvilinin sözlərinə görə, Gürcüstan xalqını demokratiyaya və etdiyi siyasi seçiminə görə cəzalandırmaq məqsədilə verilə biləcək belə qərarın bütün məsuliyyəti Brüsselin üzərində olacaq:

“Əgər Brüssel gürcü xalqını demokratiyaya görə cəzalandırmaq üçün bu çətin qərarı qəbul etsə, bu, tamamilə Brüsselin məsuliyyəti olacaq. Ümid edirəm ki, bu yanaşma üstünlük təşkil etməyəcək”.

Nazir əlavə edib ki, Avropa ilə inteqrasiya illərdir Gürcüstanın münasibətlərində siyasi alətə çevrilib.

Onun sözlərinə görə, oxşar proses namizəd statusu məsələsində də baş verib:

“Seçkilər bitdi, başqa seçki də bitdi. Hazırda seçkilər gözlənilmir. Belə olan halda bu alətdən istifadə edib, ictimai əhval-ruhiyyəni dəyişmək və ya inqilab yaratmaq cəhdinin nə mənası var?”

M.Boçorişvili həmçinin Ukrayna və Moldovanın Gürcüstanı Avropa inteqrasiyası baxımından geridə qoyduğu fikirləri təkzib edib:

“Bu iddialar doğru deyil. Gürcüstan inkişaf göstəricilərinə görə Ukrayna və Moldovanı xeyli qabaqlayır. Lakin Gürcüstanın “geri qalmış ölkə” kimi təqdim olunması uzun müddətdir, bəzi dairələr tərəfindən yaradılan süni obrazdır”.

Nazir bildirib ki, Gürcüstan uzun müddət Assosiasiya Razılaşması çərçivəsində lider tərəfdaş sayılıb, lakin sonra ölkə haqqında mənfi kampaniyalar aparılmağa başlanılıb.

Əvvəlki yazı

"İslandiya ilə oyunda sadə qollar buraxdıq"-Ayxan Abbasov

Növbəti yazı

Türkiyə XİN Yunanıstana nota verdi

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.