• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

TƏBİB-dən Xoşqədəm Hidayətqızının müraciətinə cavab

15 Noyabr, 25 / 1:18
A A
TƏBİB-dən Xoşqədəm Hidayətqızının müraciətinə cavab
Aparıcı Xoşqədəm Hidayətqızının ağır vəziyyətdə olan xəstənin yalnız TƏBİB-in icazə verdiyi özəl klinikalarda anju oluna bilməsi ilə bağlı tənqidi paylaşımından sonra qurum açıqlama yayıb.
Alyans.media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bunlar qeyd olunub:
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa dərhal tibbi xidmət göstərilir. Səhhətində narahatlıq hiss edən şəxsin tibb müəssisəsinə yaxınlaşdıqda şəxsiyyət vəsiqəsini qeydiyyatçıya təqdim etməsi kifayətdir ki, ona tibbi xidmət göstərilsin.
“İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na əsasən təcili tibbi yardım zamanı özəl tibb müəssisəsində göndəriş vərəqəsi tələb olunmur. Bu zaman vətəndaş özəl tibb müəssisəsində göndəriş vərəqəsi olmadan icbari tibbi sığortaya daxil olan tibbi xidmətlərdən Xidmətlər Zərfi çərçivəsində yararlana bilər.
Pasiyent özəl tibb müəssisəsinə təcili tibbi yardımın göstərilməsi ilə bağlı göndəriş olmadan müraciət etdikdə özəl tibb müəssisəsi “e-Tabib” elektron informasiya sistemində göndərişlər modulu üzərində elektron sorğu göndərir. Hər ayın sonu ekspertiza nəticəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmətin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olduğunu, dövlət tibb müəssisəsində göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini qiymətləndirərək, tibbi xidmətin göstərilməsi barədə qərar verir və özəl tibb müəssisəsinə elektron bildiriş göndərməklə məlumatlandırır.
Tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə və təcililiyi təsdiqləndiyi halda göstərilən xidmətin dəyəri özəl tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir.
Məlumat üçün bildirək ki, vətəndaşlara icbari tibbi sığorta hesabına tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları və mərkəzlərində göstərilir. Tibbi xidmətin sözügedən tibb müəssisələrində göstərilməsi mümkün olmadıqda vətəndaş Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində xidmətdən istifadə etmək üçün göndəriş vərəqəsi ilə təmin olunur”.
Əvvəlki yazı

Təyyarə qəzası ilə bağlı Türkiyə MN-dən daha bir açıqlama

Növbəti yazı

Meteohəssas insanların DİQQƏTİNƏ

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.