• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

15 Noyabr, 25 / 20:47
A A
Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib
Fransa 13-14 noyabr gecəsi Rusiyanın əsasən Ukraynanın paytaxtı Kiyevi, o cümlədən Azərbaycan səfirliyini hədəf alan kütləvi hücumlarını qətiyyətlə pisləyir.
Alyans.media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
“Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiyanın ilk növbədə Ukraynanın paytaxtı Kiyevi, onun enerji obyektlərini, yaşayış məntəqələrini, Azərbaycan səfirliyini və xəstəxananı hədəf alması nəticəsində çoxsaylı insan tələfatı və yaralananların, o cümlədən uşaqların da olduğu kütləvi aviazərbələri qəti şəkildə pisləyir”, – bəyanatda qeyd edilib.
Bildirilib ki, təxminən 430 pilotsuz uçan aparat və 18 raketin iştirak etdiyi bu irimiqyaslı zərbələr daha da eskalasiya təşkil edir və əlavə sübuta ehtiyac olarsa, Rusiyanın sülh istəyinin olmadığını nümayiş etdirir.
“Fransa Ukrayna, onun xalqı və hakimiyyət orqanları, Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəy olduğunu bildirir. Fransa Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir. Bütün tərəfdaşlar ilə birlikdə Ukraynaya dəstəyini artırmaq və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirmək öhdəliyini davam etdirəcəyik”, – Fransa XİN əlavə edib.
Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.
Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.
Əvvəlki yazı

DİQQƏT! Yeni virus yayılır

Növbəti yazı

Fransa səfirliyimizin raket zərbəsinə məruz qalmasını pislədi

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.