Pakistan Əfqanıstanda hava hücumu həyata keçirib.
Alyans.media xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, dünən gecə yarısı Pakistanın Xost əyalətində həyata keçirdiyi hava hücumunda doqquz uşaq və bir qadın da daxil olmaqla 10 nəfər həlak olub.
Bəyanatda həmçinin qeyd olunur ki, Pakistanın Əfqanıstanın Kunar və Paktika əyalətlərinə hava hücumları nəticəsində dörd mülki şəxs yaralanıb.










