Ukraynanın paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib.
Alyans.media xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində bildirilir.
Bildirilib ki, Vinnitsa, Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Poltava, Sumı, Xarkov, Çerkassı və Çerniqov vilayətləri də qırmızı zonadadır.










