Kəlbəcərdə açıq ərazidə başlayan yanğın hadisəsi genişlənərək Laçın rayon ərazisinə keçib.
Alyans.media-nın məlumatına görə, hazırda yanğın hadisəsi Laçın rayonunun adsız yüksəkliklərində quru ot massivində davam edir.
Əraziyə FHN-nin Laçın, Kəlbəcər, Gəncə və Tərtər rayonlarından yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirir.










