• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Netanyahu İsrail prezidentindən əfv istədi

30 Noyabr, 25 / 16:01
A A
Netanyahu İsrail prezidentindən əfv istədi
İsrailin baş naziri Benyamin Netanyahu prezident İshaq Hersoqa rəsmi şəkildə əfv müraciəti təqdim edib.
Alyans.media Modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin ofisinə istinadən The Times of Israel məlumat yayıb.
Herzoq administrasiyasının nümayəndələrinin sözlərinə görə, Ədliyyə Nazirliyinin əfv şöbəsi nazirliyin bütün aidiyyəti qurumlarının rəylərini toplayacaq və sonra tövsiyələri hüquqi müşavirlərə təqdim edəcək.
İsrail prezidenti məhkəmə qərarı ilə məhkum olunmuş şəxsləri əfv edə bilər və çox nadir hallarda – məhkəmə prosesi başa çatmamışdan əvvəl də əfv qərarı verə bilər. Lakin burda bir şərt var ki, qərar yalnız ictimai marağa uyğun olduğu halda verilir.
Qeyd edək ki, Netanyahuya qarşı korrupsiya istintaqı 2016-cı ilin dekabrında başlayıb, 2019-cu ildə isə ona bir neçə korrupsiya işi üzrə rəsmi ittiham irəli sürülüb. Netanyahu ittihamları rədd edir. İsrail baş naziri, xüsusilə, milyarder və Hollivud prodüserindən şəxsi və işgüzar maraqlarına dəstək qarşılığında on minlərlə dollar dəyərində hədiyyələr – siqarlar və şampan – qəbul etməkdə ittiham olunub. Netanyahu həmçinin özünün və ailəsinin fəaliyyətinə müsbət media işıqlandırması əldə etmək üçün media maqnatlarına kömək etməkdə də şübhəli bilinir.
Noyabr ayının ortalarında ABŞ prezidenti Donald Tramp Hersoqa müraciət edərək Netanyahunun əfv edilməsini xahiş etmişdi. Netanyahu isə bildirmişdi ki, əgər bu, onun günahını etiraf etməsi anlamına gələcəksə, korrupsiya işi üzrə əfv istəməyəcək.
Əvvəlki yazı

Türkiyə və İran arasında diplomatik müzakirələr aparıldı

Növbəti yazı

Gültəkin Hacıbəylinin deportasiyası gözlənilir

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.