Gürcüstanın Kutaisi şəhərində naməlum şəxs insanlara atəş açaraq hadisə yerindən qaçıb.
Alyans.media xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Yaralanan şəxslər xəstəxanaya çatdırılıb, onlardan biri aldığı yaralardan ölüb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayətkarın müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.










