• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

 Ramiz Mehdiyevin oğlu və qardaşı oğlu həbs ediləcək: yeni sübutlar ortaya çıxdı

03 Dekabr, 25 / 14:07
A A
 Ramiz Mehdiyevin oğlu və qardaşı oğlu həbs ediləcək: yeni sübutlar ortaya çıxdı
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ölkənin əsas ictimai-siyasi gündəminə çevrilib.
Vaxtilə “boz kardinal” kimi tanınan Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu prosesin diqqətçəkən tərəfi yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib.
Alyans.media xəbər verir ki, bu barədə “haqqin.az” saytında dərc edilən məqalədə bildirilib. Məqalədə qeyd olunur ki, dövlət strukturlarında uzun illər yüksək vəzifələr tutmuş, adı saysız-hesabsız korrupsiya iddialarında hallanan gömrük generalı Telman Hüseynqulu oğlu Mehdiyev də onun qohumu kimi təqdim edilir.
General Ramiz Mehdiyevin “qohumu” kimi təqdim edilsə də, açıq mənbələrdə onların ailə bağları təsdiqlənmir. Hətta bəzi iddialara görə, Ramiz Mehdiyev uşaqlıq illərini
Naxçıvanda başqa ailədə keçirib və onun bioloji qohumları barədə ziddiyyətli məlumatlar mövcuddur.
Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək postlarda çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. O, 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir. İddialara görə, o, bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq biznesmenlərə qarşı cinayət işləri açıb və təzyiq mexanizmlərində xüsusi rol oynayıb.
2022-ci ilin əvvəlində o dövrdə DGK-nın sədri olmuş Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev bu vəzifədən azad edilərək Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edildi. Həmin dövr ölkədə Ramiz Mehdiyevin ətrafında artan qalmaqallar, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyindən onun istefasına gətirib çıxaran ictimai təzyiqlərlə yadda qaldı. Qərb gömrüyü isə Azərbaycan-Gürcüstan sərhədindəki ticarət və tranzit axınlarına nəzarət edən ən vacib strukturlardan biridir.
Lakin bu vəzifə uzun sürmədi. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərildi. Ekspertlər bunu “himayəçisiz qalan” generalın sistemdən “səssiz şəkildə uzaqlaşdırılması” kimi dəyərləndirirdilər.
Təlman Mehdiyev barədə mediada daha bir diqqətçəkən iddia onun “EuroHome” ticarət mərkəzinin gizli sahibi olmasıdır. 2020-ci ildə müəmmalı şəkildə yanaraq külə dönmüş bu obyektin arxasında generalın dayandığı iddia edilsə də, o, öz açıqlamalarında bu məlumatları qəti şəkildə təkzib etmişdi.
Son günlər isə Təlman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir.
TV Müsavat xəbər verir ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin də vəzifədən çıxarılması, ardınca onun atası ilə birgə Rusiyada keçirilən tədbirlərdə iştirakı müzakirə olunur. Bu iş çərçivəsində Teymur Mehdiyevin də həbs olunacağı gözlənilir. İstintaq çərçivəsində oğul Mehdiyevin atasına bəzi məsələlərdə yardım etdiyi, eyni zamanda müəyyən şəxslərlə əlaqədə vasitəçilik funksiyasını yerinə yetirdiyi də üzə çıxıb. Nələr gözlənilir? Növbəti həbslər kimin ətrafında olacaq?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Əvvəlki yazı

Yağış, qar... - Sabahın havası

Növbəti yazı

 Baş nazirdən dinc dövrdə hərbi xidmətə yararsız şəxslərlə bağlı QƏRAR

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.