• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

“Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub” - Qardaşı

04 Dekabr, 25 / 11:47
A A
“Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub” - Qardaşı

“Ola bilsin ki, Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətləri olub. Mənim heç bir halda onunla (red.Ramiz Mehdiyevlə) əlaqəm olmayıb. Heç vaxt görüşməmişik də”.

Alyans.media xəbər verir ki, bunu şeyxin qardaşı, deputat Cavanşir Paşazadə Modern.az-a müsahibəsində bildirib.

“Allahşükür Paşazadə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki, münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərdə olub. Başqa bir mövzu ola bilməz”, – deputat vurğulayıb.

C.Paşazadə həmçinin şeyxin adının müxtəlif biznes sahələrində çəkilməsi məsələsinə də aydınlıq gətirib: “Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar.

Hələ 20 il əvvəl deyirdilər ki, guya kartof-soğan biznesi ilə məşğulam. Sonra bir ara xalça biznesində adım hallandı. İndi görürəm ki, daha yer qalmayıb. Kimin yeri itir, mənim adımı verirlər. Bu yaxınlarda televiziyadan zəng etdilər ki, sizin restoranınızda işləyən 5 nəfər şikayətçidir. Mənim hansı restoranım var ki? Amma müxbir deyir ki, bizə məlumat veriblər, sizin restoranınızdır, bu da gedib inanır. Hələ bir ara gömrükdən mal keçirmək istəyirdilər, mənim adımı verirdilər. Biz artıq belə şeylərə öyrəşmişik”.

“Bir qızım, iki oğlum var. Bir oğlum polisdə, yüksək rütbədədir. Qızım filoloqdur, müəllim işləyir. Digər oğlum isə İstanbulda yaşayır, orada işləyir. Əvvəl burada məhkəmədə işləyirdi. Daha sonra Böyük Britaniyaya gedib dəniz brokerliyi sahəsində təhsil aldı, orada bir müddət logistika ilə məşğul olandan sonra İstanbulda öz şirkətini yaratdı.

Nəvələrimin hamısı oxuyub. Onlardan üçü İstanbulda yaşayır, iki nəvəm isə təhsilləri ilə bağlı İngiltərədədirlər. Bir nəvəm İstanbulda oxuyub, indi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sektor müdiri işləyir. Digərləri balacadır. Ən balaca nəvəmin adı Esmamələkdir. Gündə gəlib mənə yalan danışır (gülür)”, – parlamentari ailəsi ilə bağlı sualları cavablandırarkən deyib.

Əvvəlki yazı

Gültəkin Hacıbəyli İstanbuldan daha bir açıqlama yaydı

Növbəti yazı

Zaqatalaya qar yağır

XƏBƏR LENTİ

189 insanın meyitini evində gizlətdi - ABŞ-də dəhşət

189 insanın meyitini evində gizlətdi - ABŞ-də dəhşət

07/02/2026 12:17
Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

07/02/2026 11:58
Tərtərdə qanunsuz ət kəsimi ilə məşğul olan dəstə üzvləri saxlanılıb

Tərtərdə qanunsuz ət kəsimi ilə məşğul olan dəstə üzvləri saxlanılıb

07/02/2026 11:27
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi

Yolu keçmək istəyərkən maşın vurub öldürdü

07/02/2026 11:00
İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.