• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Bu deputatların mandatına xitam veriləcək

04 Dekabr, 25 / 15:01
A A
Bu deputatların mandatına xitam veriləcək

Naxçıvan Ali Məclis deputatlarının iclaslarda iştirak qaydaları sərtləşdirilib.

Alyans.media xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Edilən dəyişikliklə Naxçıvan MR-in Ali Məclisinin beş iclasında üzrsüz səbəbdən iştirak etməyən deputatların mandatına xitam veriləcək.

Əvvəlki qaydalara əsasən isə bu say 10 iclas olaraq təyin edilmişdi.

Belə ki, sədr Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində 10 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edirdisə, artıq bu say beş iclas olaraq dəyişdirilib. Sonrakı mərhələdə isə İntizam komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır.

Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra, İntizam komissiyasının üzvlərinə suallar verə və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.

Əvvəlki yazı

 “G8-ə qayıtmaq istəmirik”

Növbəti yazı

Britaniya Ermənistana ilk dəfə hərbi attaşe təyin edib 

XƏBƏR LENTİ

Mübariz İbrahimovun məzarı ziyarət olundu 

Mübariz İbrahimovun məzarı ziyarət olundu 

07/02/2026 13:53
Xırdalanda məktəblilər arasında nə baş verib?

Xırdalanda məktəblilər arasında nə baş verib?

07/02/2026 13:32
‘’İdrak’’ liseyində güllələnən müəllim kimdir?

Güllələnən müəllimin vəziyyəti stabildir

07/02/2026 13:04
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

07/02/2026 12:44
189 insanın meyitini evində gizlətdi - ABŞ-də dəhşət

189 insanın meyitini evində gizlətdi - ABŞ-də dəhşət

07/02/2026 12:17
Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu

07/02/2026 11:58
Tərtərdə qanunsuz ət kəsimi ilə məşğul olan dəstə üzvləri saxlanılıb

Tərtərdə qanunsuz ət kəsimi ilə məşğul olan dəstə üzvləri saxlanılıb

07/02/2026 11:27
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi

Yolu keçmək istəyərkən maşın vurub öldürdü

07/02/2026 11:00
İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.