Gəncə şəhərində orta məktəb şagirdləri arasında zəhərlənmə qeydə alınıb.
Alyans.media xəbər verir ki, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
Belə ki, bir neçə şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Dərhal onlara tibbi yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.










