Oyundan razı qaldım. Azarkeşlər üçün əsl futbol oldu. Futbolçulara təşəkkür edirəm, sona kimi çəkinmədən mübarizə apardılar.
Alyans.media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayaks”a 4-2 hesablı məğlubiyyəti şərh edərkən deyib.
“Bu günə kimi qalib gəlmişiksə, yenə də qalib gələ bilərik. Qarşıdakı oyuna yaxşı hazırlamağa, komandanı toparlamağa zamanımız olacaq”, – Q.Qurbanov qeyd edib.










