Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında görüş olub.
Alyans.media xəbər verir ki, bu barədə İ.Dar X sosial şəbəkəsində paylaşım edib.
Sir Bani Yas Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində baş tutan görüşdə regional və ikitərəfli məsələlər müzakirə edilib.










