Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Azadlığın 20 Yanvardan başlanan yolu” adlı tədbir keçirilmişdir.
Alyans.media. xəbər verir ki tədbir zamanı 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olundu.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Qeyd edək ki, tədbirin ssenari müəllifi və rejissoru Xalq artisti Qabil Quliyevdir.











