Məlum olduğu kimi Azərbaycanda uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsi təklif olunub. Bu təklifli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib. Bəs görəsən bu təklifi həyata kecirmək qanuni tərəfdən nə qədər real görünür?

Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı alyans.media – ay bildirib ki, sosial şəbəkələrə girmək hər kəs üçün mütləq hüquq deyil və müəyyən hallarda məhdudlaşdırıla bilər.
“Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrə giriş yaşı 13 olaraq müəyyən edilsə də, ölkələr öz qanunlarına uyğun olaraq fərqli yaş həddini tətbiq edə bilirlər.
Hüquqşünas onu da vurğulayıb ki, azyaşlılar və yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər və hətta bu yaş həddini pozaraq uşaqlarını sosial şəbəkələrə daxil edən valideynlər də qanuni məsuliyyət daşıya bilər”.
Ülkər Rəhmanqızı










