Bu gün səhər saatlarında paytaxtın Babək prospektində zəncirvari yol qəzası baş verib.
Alyans.media xəbər verir ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün donması səbəbindən 4 avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, digər avtomobillərin hərəkəti çətinləşib.
Zərbənin təsirindən qəzaya uğrayan maşınlardan biri körpünün ortasındakı bardürün üzərinə çıxıb.










