Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
Alyans.media xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Agentlikdən verilən məlumata görə, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.










