Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb.
Alyans.media xəbər verir ki, əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğın yaşayış binasının 16-cı mərtəbəsində baş verib.
İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Vəziyyətinin ağır olduğu bildirilir.










