• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Bakıdakı sığınacaqda pəncərədən yıxılıb ölən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

20 Noyabr, 25 / 22:18
A A
Bakıdakı sığınacaqda pəncərədən yıxılıb ölən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA
Noyabrın 19-u Binəqədi rayonu, Motodrom qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında ölüm hadisəsi qeydə alınıb.
Sığınacaqda yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilən N.Cəfərova bir neçə saat sonra vəfat edib.
Alyans.media xəbər verir ki, hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi açıqlama yayıb.
Bildirilib ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub. Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb.
Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiya Federasiyasında yaşayır. Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib. Qiymətləndirmə prosesində Nurcan da xalanın ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib.
Nurcan Cəfərovanın təhlükəsizliyinin təmin edilməsi və mənafeyinin qorunması məqsədilə o, Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib və sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparılıb.
Həmçinin uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən sorğu göndərilib. Cavab məktubuna əsasən, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib.
Qeyd edilib ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayıb. Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.
Əvvəlki yazı

Paşinyan Qazaxıstanda səfərdədir

Növbəti yazı

Ağcabədidə ağır QƏZA - Ölənlər var

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.