• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Bakının mərkəzi küçələrində sürət həddi 50 km/saat olacaq - VACİB AÇIQLAMA

09 Aprel, 26 / 22:31
A A
Bakının mərkəzi küçələrində sürət həddi 50 km/saat olacaq - VACİB AÇIQLAMA
Bakı tədricən avtomobillərdən çox insanlar üçün qurulan şəhərə çevriləcək.
Alyans.media bildirir ki, səs-küylü küçələr, sıx tıxaclar və riskli keçidlər yerini daha təhlükəsiz, rahat və müasir piyada mühitinə verəcək.
Baş planda qeyd edildiyi kimi, paytaxtın mərkəzində planlaşdırılan yeni dəyişikliklər yaxın illərdə şəhərin ritmini köklü şəkildə dəyişəcək.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, əsas planlardan biri Bakı üçün 2027-ci ilədək geniş piyada şəbəkəsinin qurulmasıdır:
“Xüsusilə şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur. Bu, təkcə yeni səkilər deyil, həm də bütöv urban mühitin dəyişməsi deməkdir. Qərarlar qüvvəyə mindikdən sonra mərkəzi ərazilərdə sürət həddinin 50 km/saata endirilməsi planlaşdırılır. Bu addım həm yol-nəqliyyat hadisələrinin sayını azaltmağa, həm də piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa xidmət edəcək.
Piyada zonasının cənuba doğru genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, hazırda məhdud olan piyada əraziləri daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz piyada marşrutları formalaşacaq.
Tarixi ərazilərdən biri – Neftçilər prospektinin şimalı və Bülbül prospektinin qərbini əhatə edən zona avtomobilsiz “sakit zona”ya çevriləcək. Burada nəqliyyat əsas küçələrə yönləndiriləcək, daxili ərazi isə yalnız piyadalar üçün açıq olacaq. Bu yanaşma Avropanın bir çox şəhərlərində artıq uğurla tətbiq olunur”.

 

Ekspert əlavə edib ki, piyada zonasının digər mərkəzi hissələrlə inteqrasiyası planlaşdırılır və müxtəlif nöqtələr arasında avtomobilsiz sahələr yaradılacaq:
“Bu isə şəhər daxilində piyada hərəkətini daha rahat və məntiqi edəcək. Yaxın küçələr “sakit küçə” formatına keçiriləcək. Bu format çərçivəsində nəqliyyatın sürəti minimuma endirilir, piyadaların üstünlüyü təmin olunur və ictimai məkanlar arasında əlaqə gücləndirilir.
Yerli küçələrdə sürət həddi 30 km/saat olacaq. Bu, xüsusilə yaşayış zonalarında təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracaq. Magistral küçələrdə isə əlavə piyada keçidləri yaradılacaq və mövcud keçidlər optimallaşdırılacaq. Bu da piyadaların yolu daha rahat və təhlükəsiz keçməsinə imkan verəcək.
2027-ci ilə qədər konkret hədəflər də müəyyənləşdirilib:
5.9 km uzunluğunda avtomobilsiz küçələr
7.4 km uzunluğunda 30 km/saat rejimli küçələr
piyada keçidlərinin sayı 149-dan 178-ə çatdırılacaq
Bütün bu dəyişikliklər nəticəsində Bakı şəhər mərkəzində piyada hərəkətinin daha təhlükəsiz, rahat və fasiləsiz olması hədəflənir. Bu isə paytaxtın həm sakinləri, həm də turistlər üçün daha cəlbedici şəhərə çevrilməsi deməkdir”.
/BAKU.WS
Əvvəlki yazı

Sakit okeanda bütün dünyaya təsir edəcək proses başladı

Növbəti yazı

Mustafazadə Avropanın ən sürətli 5 oyunçusundan biri oldu

XƏBƏR LENTİ

London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

London Rusiya nefti daşıyan tankerləri niyə saxlamır?

10/04/2026 15:26
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub

10/04/2026 15:10
Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

Neft qiymətlərində paradoks: Süıh razılaşması və artan qiymətlər

10/04/2026 15:03
Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ermənistan XİN rəhbəri: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

10/04/2026 14:50
Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

Ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 44%-ə yaxın azalıb

10/04/2026 14:46
Livanın Baş naziri danışıqlar üçün ABŞ-yə səfər edəcək

Livanın Baş naziri danışıqlar üçün ABŞ-yə səfər edəcək

10/04/2026 14:40
Hacıqabul sakini itkin düşüb

Hacıqabul sakini itkin düşüb

10/04/2026 14:34
İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

10/04/2026 14:24
İspaniya XİN rəhbəri Əraqçini ABŞ-la danışıqları "xoş niyyətlə" aparmağa çağırıb

İspaniya XİN rəhbəri Əraqçini ABŞ-la danışıqları "xoş niyyətlə" aparmağa çağırıb

10/04/2026 14:20
BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

10/04/2026 14:17
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.