Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Alyans.media xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Axşam saatlarında kənddaxili yolda hərəkətdə olan “Leksus” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb.
Nəticədə avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.










