Son aylarda sosial şəbəkələr üzərindən həyata keçirilən onlayn dələduzluq hallarında artım müşahidə olunur. Vətəndaşlar bildirir ki, “sürətli qazanc”, “evdən işləmə”, “investisiya fürsəti” adı altında təqdim olunan elanlar onları tələyə salır.
Alyans.media xəbər verir ki, Araşdırmalar göstərir ki, dələduzlar əsasən:
Telegram və Instagram üzərindən,saxta səhifələr və xarici nömrələr vasitəsilə,qısa zamanda yüksək gəlir vəd edərək istifadəçilərin etibarını qazanır.
Zərərçəkənlərin sözlərinə görə, ilkin mərhələdə kiçik məbləğlər geri qaytarılır, bu isə insanlarda etibar yaradır. Daha sonra isə böyük məbləğ tələb olunur və əlaqə tamamilə kəsilir.
Mütəxəssislər xəbərdarlıq edir ki, sosial şəbəkələrdə rəsmi qeydiyyatı, hüquqi ünvanı və şəffaf fəaliyyəti olmayan səhifələrə pul köçürmək ciddi risk daşıyır.
Daxili İşlər Nazirliyi vətəndaşlara naməlum linklərə daxil olmamağı, şəxsi məlumatları paylaşmamağı və şübhəli hallarla bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edir.