• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu məhsullar bahalaşdı - SİYAHI

14 Yanvar, 26 / 15:48
A A
Bu məhsullar bahalaşdı - SİYAHI

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.

Alyans Media  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.

2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz olub.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşmaəsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əvvəlki yazı

Bu avtobuslarda yeni gedişhaqqı tətbiq olunur

Növbəti yazı

Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib

XƏBƏR LENTİ

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

05/02/2026 21:53
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

05/02/2026 21:24
“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

05/02/2026 20:56
Dəvələrin də pasportu olacaq

Dəvələrin də pasportu olacaq

05/02/2026 20:23
Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

05/02/2026 20:14
Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

05/02/2026 19:50
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.