Ötən gün İdrak liseyində baş verən və şagirdin müəllimini güllələməsi ilə nəticələnən hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəni törətməkdə şübhəli bilinən şagirdin kimliyi ilə bağlı yeni detallar üzə çıxıb.
Alyans.media xəbər verirki, bu barədə Aztimes.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumata görə, adı hallanan şagirdin babası Ənvər Şirinov uzun illər Sumqayıt şəhərində yerləşən ərəb-fars təmayüllü məktəbdə direktor vəzifəsində çalışıb. Onu tanıyan şəxslər Ənvər Şirinovu hörmətli, ziyalı və nüfuzlu bir insan kimi xarakterizə edirlər.Mənbələrin bildirdiyinə görə, Abşeron rayonu ərazisində yerləşən “Murad” şadlıq evi də ailəyə məxsusdur. Şagirdin atası Samir Şirinov isə Eldar Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb. O, həmin vəzifədən azad edildikdən sonra Sumqayıtdan Bakıya köçərək şəxsi biznes fəaliyyəti ilə məşğul olub.Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ictimaiyyətin diqqət mərkəzində olaraq qalmaqdadır.










