Hacıqabulda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Alyans.media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “DAF” markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında gedən “KamAZ” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “DAF”-ın sürücüsü Qocayev Aydın Qoca oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəzanın baş vermə səbəbləri araşdırılır.










