• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

“Daşıdığın vəzifə gorbagor oldu” – Mehriban Xanlarova

27 Yanvar, 26 / 16:30
A A
“Daşıdığın vəzifə gorbagor oldu” – Mehriban Xanlarova
“Əziz tamaşaçılar, nəhayət ki, teatr sahəsində baş verən problemləri uzun müddətdir ictimailəşdirdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən qərar qəbul edilərək dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi vəzifələr ləğv edildi”.
Alyans.media Bakupost.az – a istinadən  xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova bildirib.
Onun sözlərinə görə, bu addımın əsas məqsədi teatr sahəsində illərdir mövcud olan idarəetmə problemlərinin aradan qaldırılmasıdır:
“Xüsusilə Mehriban Ələkbərzadənin fəaliyyəti dövründə kollektivlə münasibətlər, yaradıcılıq mühiti və digər məsələlərlə bağlı ciddi narazılıqlar yaranmışdı. Nəticə etibarilə sistem dəyişdirildi və o, vəzifəsindən azad olundu. Əgər vaxtında öz xoşu ilə ərizə yazaraq getsəydi, bu qərar digər əməkdaşların işinə və çörəyinə təsir etməzdi.
Mədəniyyət Nazirliyi tərəfindən verilən bu qərarı oxuyarkən Cənab Prezidentimizin müharibə dönəmində Paşinyana səslənərək dediyi sözlər yada düşür: “Nə oldu, Paşinyan? Yol çəkirdin Cəbrayıla, rəqs edirdin… Nə oldu bəs status? Cəhənnəmə getdi status, gorbagor oldu. Yoxdur status və olmayacaq!”
İndi isə demək istəyirəm: nə oldu, Mehriban Ələkbərzadə? Teatrın içində islahatlar keçirəcəkdin? Bu yolda əlini daşın altına qoymuşdun, lazım gəlsə başını da qoyacaqdın… Sənin hegemonluğuna qarşı çıxanlar haqqında “nə edəcəklər ki, boyları qədər hoppanacaqlar” söyləyirdin. İndi gördün, nəyin ki, boyumuz, hətta səsimiz hara qədər çatır…
Daşıdığın bədii rəhbər, baş rejissor statusu gorbagor oldu. Bir daha sübut olundu ki, vəzifə beş günlükdür. Ən əsası isə odur ki, vəzifə insanı yüksəltmir… Əksinə, daşıdığı xarakterini və iç dünyasını açıb ortaya qoyaraq kim olduğunu göstərir.
Mən heç zaman vəzifədən gedən insanın arxasınca danışmağı özümə yaraşdırmamışam. Kimə sözüm olubsa, vəzifədə olduğu dönəmdə demişəm. Çünki vəzifədən gedəndən sonra həmin insanın arxasınca şirə dönənləri sevmirəm. Bu səbəbdən sən vəzifədə olduğun müddətdə bütün sözlərimi yetərincə demişəm. Bundan sonra isə mənim üçün bitmisən! Və narahat olma, hamıya məlumdur ki, rəfiqən səni havada qoymayacaq, mütləq hansısa bir yerə yerləşdirəcək…
Bədii rəhbər olduğun dönəmdə ən böyük “yeniliyin” olaraq səhnəyə dəvə gətirməyini heç vaxt unutmayacağıq. Aygün Kazımovanın mahnısı ilə səni yola salırıq: “Sağ-salamat!””.
Əvvəlki yazı

Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır

Növbəti yazı

Nazirlik dövlət teatrlarındakı bədii rəhbərlərin yeni strukturda fəaliyyətinə aydınlıq gətirib

XƏBƏR LENTİ

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb

05/02/2026 23:58
Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

05/02/2026 23:26
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

05/02/2026 22:57
Leyla Əliyeva yeni fotolar paylaşdı

Leyla Əliyeva yeni fotolar paylaşdı

05/02/2026 22:20
‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

‘’Azərbaycanlıların’’ ‘’Azəri’’ sözündən xoşu gəlmir - Doğuş

05/02/2026 21:53
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu imiş

05/02/2026 21:24
“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

“Əliyev və Paşinyan yaxşı liderlərdir” - Tramp

05/02/2026 20:56
Dəvələrin də pasportu olacaq

Dəvələrin də pasportu olacaq

05/02/2026 20:23
Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

Əvvəl özünü “məsih” adlandırmışdı, indi isə cənnətlik olduğunu deyir

05/02/2026 20:14
Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

Mətin Kərimli: Azərbaycan təhsilində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar var

05/02/2026 19:50
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.