İspaniyanın Idibell Tədqiqat Mərkəzinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu dünyada indiyədək cəmi 13 nəfərdə rast gəlinən yeni və çox nadir nevroloji xəstəliyi müəyyən edib.
Alyans.media xarici mediaya istinadən xəbər verir ki, Araşdırma “American Journal of Human Genetics” jurnalında dərc olunub. Mütəxəssislərin sözlərinə görə, xəstəlik beynin ağ maddəsini təsir edir və xəstələrdə gəzinti, idrak və inkişaf pozğunluqları, eləcə də üz dismorfiyası müşahidə olunur.
Tədqiqat genom ardıcıllığının təyini və Idibell tərəfindən hazırlanan yeni genomik alətlər və hesablama alqoritmləri sayəsində mümkün olub.
Layihədə İspaniya, Türkiyə, ABŞ, İtaliya, Almaniya, Böyük Britaniya, İran, Finlandiya, Estoniya və Pakistan alimləri iştirak edib.
Alimlər bildirirlər ki, xəstəliyin elmi təsnifatı gələcəkdə daha çox vakanın aşkarlanmasına imkan verəcək, lakin müalicə istiqamətində işlər hələ ilkin mərhələdədir.
Aynurə Quliyeva










