Azərbaycanın Xalq Artisti EMİN (Emin Ağalarov) pərəstişkarlarını xoş sürprizlə sevindirib.
Sənətçi 2026-cı ilin martında təqdim olunacaq ingilisdilli “Maybe Tomorrow” albomundan ilk sinqlını musiqisevərlərə təqdim edib.
Yeni layihə artıq ilk gündən böyük maraq doğurub. Bunun əsas səbəblərindən biri albomun hazırlanmasında dünya şöhrətli prodüser Devid Fosterin iştirak etməsidir.
Albomda dünya musiqi klassikasına çevrilmiş 12 məşhur mahnı EMİN-in yeni və fərqli ifasında səslənəcək.
“Maybe Tomorrow” albomu məşhur adlarla da diqqət çəkir.
EMİN bu dəfə Amanda Holden, Andrea Corr, Richard Marx və Sheila E. kimi ulduzlarla duetlər təqdim edib.
Albom artıq əvvəlcədən sifariş üçün açıqdır.
İlk sinql kimi yayımlanan “Somethin’ Stupid” mahnısı isə britaniyalı aktrisa və müğənni Amanda Holden ilə duetdir.
Frank və Nensi Sinatranın ifası ilə klassikaya çevrilmiş bu hit EMİN-in yeni interpretasiyasında romantik ab-havanı qoruyaraq müasir üslubda səslənir.
EMIN bu layihə ilə bir daha sübut edir ki, klassika da zamanla yenilənə və yeni nəsil dinləyicilərə təqdim oluna bilər.










