• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Erməni deputat İstanbulda Azərbaycanla sülhdən danışdı

19 Noyabr, 25 / 12:45
A A
Erməni deputat İstanbulda Azərbaycanla sülhdən danışdı

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi tezliklə müsbət nəticələr verəcək. 

Alyans.media xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan ATƏT PA-nın İstanbulda keçirilən 23-cü payız sessiyasının “Körpü perspektivləri: qeyri-müəyyənlik dövründə dialoqun, vasitəçiliyin və etimadın gücləndirilməsi” adlı sessiyasında çıxışında deyib.

“Avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sülh bəyannaməsi hər iki ölkənin sülh prosesini irəlilətmək və nəhayət, münaqişə ilə bağlı səhifəni bağlamaq üçün güclü və real öhdəliyidir. Biz ABŞ-nin və bugünkü müzakirəmizin mövzusunu həqiqətən reallığa çevirən prezident Trampın rəhbərliyinin mühüm rolunu yüksək qiymətləndiririk.

Vaşinqton bəyanatı suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığın və münasibətlərin inkişafının yeni dövrü üçün möhkəm zəmin yaradır.

Bu, həm də bütün qalan məsələlərin, o cümlədən ölkələrimiz arasında Vaşinqton Sammiti zamanı paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası da daxil olmaqla, irəliləyiş üçün əsas rolunu oynayır”, – deyə o qeyd edib.

Deputat regional kommunikasiyaların açılması ilə bağlı müzakirələrin praktiki xarakter daşıdığını bildirib: “Bu marşrut (TRİPP – red.) təkcə Cənubi Qafqaz regionuna deyil, həm də Mərkəzi Asiyanı Avropaya birləşdirərək qlobal əhəmiyyət kəsb edəcək.

Qarşıdakı yol qarşılıqlı inam yaratmaq üçün bizdən səbr və qayğı tələb edir. İnamın yaradılması istiqamətində mühüm addım Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların bağlanması oldu.

Və nəhayət, burada, Türkiyədə olarkən, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin də tezliklə müsbət nəticələr verəcəyinə nikbinliyimi ifadə etməyə bilmərəm. Hazırda davam edən konstruktiv və fəal siyasi dialoq bizə ümid verir ki, bu, tezliklə münasibətlərimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcək”.

Əvvəlki yazı

Bakıda yeniyetmə parkda yıxılaraq öldü

Növbəti yazı

Sabah bu ərazilərdə qaz olmayacaq

XƏBƏR LENTİ

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

İsrail ordusu HAMAS-ın silah anbarını vurdu

06/02/2026 23:58
NASA astronavtlara buna icazə verəcək

NASA astronavtlara buna icazə verəcək

06/02/2026 23:23
Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar

06/02/2026 22:55
Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.