“Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək.
Alyans.media “Armenpress”-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.
“Razılaşma, əlbəttə ki, ikitərəfli olacaq — Ermənistan və ABŞ arasında. Lakin tikinti mərhələsində tərəfdaşlara ehtiyac yaranacaq. Ehtimal ki, idarəetmə mərhələsində də bu belə olacaq”, — Mirzoyan deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsi üçün ABŞ və üçüncü ölkələrlə əməkdaşlıq etdiyini açıqlayıb.










