Ermənistanda ağır yol qəzası baş verib, 5 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Bu barədə “Shamshyan” saytı məlumat yayıb.
Məlumata görə, hadisə bu gün saat 12:00 radələrində Armavir–Gümrü avtomobil yolunda qeydə alınıb. “Opel” və BMW markalı avtomobillər toqquşub, nəticədə BMW yoldan çıxaraq xəndəyə düşüb.
Faktla bağlı cinayət işi başlanıb, ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.










