Mərhum müğənni Fatih Ürəkin vəsiyyəti üzə çıxıb.
Alyans.media xəbər verir ki, iki il əvvəl qatıldığı bir proqramda Fatih Ürek vəsiyyətnaməsinin olduğunu qeyd edib:
“Əslində, mən bunu bir yerə yazmışam, yəqin ki, hələ də oradadır. Amma hər il nəsə dəyişir. Öz adıma bir xeyriyyə fondu istəyirəm. Həyatımda ən çox istədiyim şey adıma bir məktəb tikilməsidir. Məktəblərə ehtiyacımız var. Uşaqları görəndə ağlayıram. Bəlkə də qocaldığım üçündür”.
Qeyd edək ki, Fatih ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı. Dörd ay reanimasiyada qalan müğənni iki gün əvvəl dünyasını dəyişib.










